Müdafiə naziri Zakir Həsənov Bakı şəhərində keçirilən 5-ci Yubiley "ADEX" Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkədə səfərdə olan Qətərin "Barzan Holdings" müdafiə və təhlükəsizlik şirkətinin icraçı direktoru Abdullah Əl-Xater ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanla Qətər arasında hərbi əməkdaşlığın yeni perspektiv və imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rəylər