"ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə "Suqovuşan" pilotsuz su dronu təqdim edilib.
Oxu.Az xəbər verir ki, "Suqovuşan"ın uzunluğu 2 200 mm, eni 500 mm, çəkisi 60 kq, əhatə dairəsi - 20 mil, sürəti 50 km/saat, partlayıcı hissə, tip: TNT, partlayıcı hissə, ağırlıq 10-15 kq-dır. Bu dron dənizdən gələn təhdidlərə qarşı layihələndirilib.
İkinci tip isə "Kalan" modelidir. "Kalan"ın uzunluğu 1500 mm, eni 400 mm, əhatə dairəsi - 20 mil, sürəti 30 km/saat, partlayıcı hissə tip: TNT, partlayıcı hissə, ağırlıq isə 5 kq-dır.
Bu dron da kamikadze təyinatlıdır.
Qeyd edək ki, hər iki su dronu yerli proqram təminatı ilə təchiz edilib. Hər iki dronun texniki mühəndislik hesablamaları yerli mütəxəssislər tərəfindən icra olunub. Bu layihə Azərbaycanı dənizdən gələn təhdidlərə qarşı qoruyacaq.
Məhərrəm Əliyev
Rəylər