Azərbaycanda "Zəngəzur" pilotsuz uçuş aparatı (PUA) istehsal olunub.
APA xəbər verir ki, PUA ilk dəfə Bakıda keçirilən "ADEX-2024" Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.
"Zəngəzur" PUA-sı VTOL radioekoloji monitorinq üçün nəzərdə tutulub. İşğaldan azad olunan ərazilərimiz minalardan təmizləndikdən sonra torpaqda qalan radiasiyanın aradan qaldırılmasında PUA-nın istifadəsi vaxta əhəmiyyətli dərəcədə qənaət edir.
PUA-nın təkmilləşdirilərək döyüş zamanı istifadəsi də nəzərdə tutulub.