Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
- 30 yaşı keçməməli;
- Fiziki cəhətdən sağlam olmalıdırlar.
Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.
Əlavə məlumat üçün:
Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30
Əlaqə nömrəsi: 012-493-62-47.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Rəylər