"Qarabağ xronikası" verilişinin 148-ci buraxılışı yayımlanıb.
Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda "ADEX-2024" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş olunan Azərbaycanın hərbi innovasiyalarından bəhs edib.
Bildirilib ki, yeniliklərdən biri Azərbaycan-İspaniya birgə istehsalı olan "Guardian 30" adlanan top silahıdır. Top silahının 30 mm çapı var, 50 metrdən 15 kilometrədək olan məsafədəki hədəfləri aşkar edə bilir. Qurğunun quraşdırıldığı texnika istər hərəkətsiz yer hədəflərini, istər aşağı trayektoriya ilə hərəkət edən hava hədəflərini, istərsə də su üzərində hərəkət edən şərti düşmənin texnikasını məhv etmək qabiliyyətindədir.
Digər bir yenilik Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş "BETAB-250" aviabombasıdır. 250 bombanın çəkisini bildirir. Bu bombalar betondələndir, 0,8-1,1 metr enliyində olan betonu dəlir. "BETAB-250" Azərbaycanın aviabombalar istehsalında bir yenilikdir.
Ölkəmizin silah istehsalındakı daha bir innovasiya isə insansız su dronlarıdır. Su üzərində hərəkət edən bu dronlar ikili təyinatlıdır. Yəni həm mülki məqsədlər üçün, həm də hərbi təyinatlı kamikadze dron kimi istifadə edilir. Dronun uzağa üzmə məsafəsi 20 mil təşkil edir, saatda 30 kilometr sürətlə hərəkət edir.
Ətraflı Baku TV-nin süjetində:
"Qarabağ xronikası" verilişinin 148-ci buraxılışı yayımlanıb.
Rəylər