Məşhur Hollivud aktyorları Ben Afflek və Cennifer Lopes təxminən bir ay əvvəl boşanıblar. Ulduz cütlük mətbuatda hay-küy yaratmamaq üçün ayrılıqlarını gizli saxlamağa qərar veriblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Teleprogramma.pro xəbər verib.
Məlumata görə boşanmanın təşəbbüskarı Ben Afflek olub.
Bildirilib ki, Afflek həyat yoldaşı Cennifer Lopesin öz spirtli içki kokteylləri brendini yaratmasından narazı qalıb. O hesab edib ki, Lopes onun sağlam həyat tərzinə sadiq qalmasını dəstəkləməli idi.
Cenniferin evliliyini qorumaq istəyinə baxmayaraq, Ben öz qərarında qəti olub. Hətta aktyor həyat yoldaşının ad günündə özünə yeni ev alıb.
"Page X"in yazdığına görə, cütlüyün boşanma prosesi ABŞ şou-biznes tarixində ən bahalı ola bilər. Belə ki, boşanma prosesi onların külli miqdarda pul itkisinə səbəb olub: cütlük bir neçə birgə reklam müqaviləsini itiriblər. Buna görə artıq onlar münasibətlərin başa çatmasının çoxmilyonluq son mərhələsinə hazırlaşırlar.
İtirilən büdcənin daha bir yarısını isə bir neçə il əvvəl keçirilən bahalı toy mərasimi təşkil edir.
"Onlar anın təsirinə qapıldılar. Cennifer bu toyun - paltarların, dostların, bütün bu atributların və bəzəklərin - onilliklər boyu xəyalını qurmuşdu", - deyə nəşrin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, üçgünlük mərasim ulduz cütlüyə ən azı səkkiz milyon dollara başa gəlib.
İnsayderin fikrincə, Ben və Cenniferin 2003-cü ildə baş tutmayan ilk toylarından sonra "natamamlıq hissi" onları sonda uğursuzluqla nəticələnən addıma sövq etdi:
"Onlar 20 il əvvəlki bütün yarımçıq işlərin səhifəsini çevirdilər. Hər şeyi sona çatdırdılar - və indi onlar uzun yol üçün yaradılmadıqlarını dəqiq bilirlər. Onlar görmək istədikləri hər şeyi gördülər və artıq hər şey bitdi".
Cütlüyün yayın sonuna qədər boşanma barədə rəsmi açıqlama verəcəkləri gözlənilir.
Yeri gəlmişkən qeyd edək ki, Cennifer Lopes kədərli əhvali-ruhiyyədə olsa da, ictimaiyyət qarşısına hələ də nişan üzüyü ilə çıxmağa davam edir.
Ben isə əksinə, pozitiv görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.
Rəylər