Hollivud aktyoru Bred Pitt keçmiş həyat yoldaşı, aktrisa Ancelina Coli ilə barışmaq qərarına gəlib.
Qeyd olunur ki, aktyor heç vaxt bu cür uzunmüddətli mübarizəni və rəqabəti təsəvvür belə etməyib.
"O, əllərini yuxarı qaldırmağa və təslim olmağa hazırdır", - mənbə bildirib.
Xatırladaq ki, 19 sentyabr 2016-cı ildə Ancelina Coli boşanmaq üçün ərizə verib, lakin rəsmi olaraq boşanma prosesi yalnız 2019-cu ildə yekunlaşıb. Cütlüyün altı uşağı olub, lakin yalnız üçü onların doğma övladlarıdır, digərlərini birgə övladlığa götürüblər.
Mənbə: In Touch Weekly
Rəylər