57 yaşlı "Oskar" mükafatı sahibi Holli Berri çəkiliş meydançasında aldığı xəsarətlər haqqında şok təfərrüat paylaşıb. Onun sözlərinə görə, filmlərdə iştirakı zamanı üç dəfə nokauta düşüb, bədənindəki qırıqların sayı isə 10-u keçib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, yeni "The Union" casus komediyasının nümayişinə həsr olunmuş "Instagram" videosunda danışıb.
"Mən qolumu və iki dəfə qabırğalarımı sındırmışam - bir dəfə iki qabırğa, bir dəfə üç. Büzdümümü, ayağımın iki barmağını və əl barmağımı qırmışam", - deyə o gülərək deyib.
Lakin görünür belə ağır xəsarətlər ulduz üçün maneə deyil.
Holli bildirib ki, çəkilişlər üçün tay boksu, kikboksinq və taekvondo daxil olmaqla bir çox döyüş sənətlərini öyrənib. Bundan əlavə, o, peşəkar şəkildə atəş açmağı bilir.
Yeri gəlmişkən onu da qeyd edək ki, aktrisa "The Union"un təqdimatı üçün getdiyi tədbirdə geyimi və gözəlliyi ilə göz qamaşdırıb.
Rəylər