Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-nin Azərbaycandakı səfiri Şəhidlər xiyabanını ziyarət edib
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi Anım Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
Səfir, həmçinin, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
"Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik", - deyə paylaşımda qeyd olunub.
“Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun… pic.twitter.com/ecB0Fo7r4s
— U.S. Embassy Baku (@USEmbassyBaku) September 27, 2024
"27 Sentyabr - Anım Günü" teqi üzrə xəbərlər
- 44 günlük Vətən müharibəsində Zəfərin dördüncü ili dörd sözlə: Qarabağ Azərbaycandır və NİDA
- Deputat: "Şanlı Ordumuz millətimizi gələcək nəsillərin qınağından hifz etdi"
- Bu xəbərləri qaçırmayın: 27.09.2024-ün ən mühüm hadisələri
- Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
- Doğma yurdlarına qayıdan füzulililər şəhidləri anıblar