Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən yerli idarə, müəssisə və təşkilat rəhbərlərinə rəsmi məktub ünvanlanıb.
Sənəddə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və aztəminatlı ailələrə hər biri 2 kiloqram olmaqla 10 ədəd qurban payının iyunun 16-da Şəhər Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə verilməsi xahiş olunur.
Məsələ ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev bildirib ki, quruma 1000-dən yuxarı qurban payının verilməsi ilə bağlı müraciətlər var:
"Biz bu müraciətləri nəzərə alaraq şəhərdə fəaliyyət göstərən müəssisə rəhbərləri, imkanlı sahibkarlardan xahiş etmişik ki, qurban payının verilməsi ilə bağlı aksiyada iştirak etsinlər. Burada heç bir məcburiyyət yoxdur, aksiyaya qoşulmaq könüllüdür. Məktubun hazırlanıb göndərilməsi icra başçısı tərəfindən tapşırılmayıb, mən etmişəm".
Qeyd edək ki, Məharət Mustafayev İcra Hakimiyyəti başçısı İlqar Abbasovun məsələdən xəbərsiz olduğunu desə də, rəsmi sənəddə onun adı və imzası öz əksini tapıb.
Ətraflı Baku TV-nin süjetində:
Azərbaycanda icra hakimiyyətində müəmma: Başçının adı və imzası var, amma özü xəbərsizdir