Belarus Prezidenti Aleksandr Lukaşenko noyabrda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi Azərbaycanın paytaxtına səfər etməyi planlaşdırdığını təsdiqləyib.
Oxu.Az-ın BELTA-ya istinadən xəbərinə görə, bu barədə Lukaşenko Belarusun paytaxtı Minskdə Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.
Azərbaycanın baş naziri Belarus Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin adından Bakıda keçiriləcək COP29-da iştirak üçün dəvət məktubunu təqdim edib.
"Biz sizin şəxsi iştirakınıza xüsusi önəm veririk ki, iştirakınız bu konfransa xüsusi status verəcək", - deyə Əli Əsədov vurğulayıb.