"Bakı Təşəbbüs Qrupunun (BTQ) bizi dəstəkləməsindən qürur duyuruq".
"Report" xəbər verir ki, bunu Boneyr İnsan Hüquqları Cəmiyyətinin prezidenti Davika Jasmin Bissesar jurnalistlərə açıqlamasında deyib.
"Sizin ölkə ilə müqayisədə biz 12 min nəfərlik əhaliyə malikik. Fəxr edirik ki, BTQ bizi dəstəkləyəcək, biz birlikdə işləyə, məlumatlarımızı paylaşa bilərik.
Dünyanın bu hissəsində heç kim Boneyr adası haqqında eşitməyib, ancaq artıq məlumatlıdırlar, ona görə də biz BTQ ilə təşkil edilən tədbirin əhəmiyyətini bilirik", - deyə o qeyd edib.
Davika Jasmin Bissesar Boneyrin 400 ildir, Niderland müstəmləkəsinə çevrildiyini, zülm altında olduğunu vurğulayıb:
"400 ildir ki, Niderlandın zülmü altındayıq. İndi isə BTQ ilə regiondakı hər hansı bir müstəmləkəçinin reaksiyasını düşünməkdənsə, nə edə biləcəyimiz üzərində daha pozitiv işləmək vaxtıdır".