"ABŞ Ermənistan və Azərbaycan ərazilərindən keçməklə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru marşrutunun yaradılması imkanlarını nəzərdən keçirir".
Oxu.Az-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bəyan edib.
O, bu marşrutun Rusiya və Çindən keçməsinin planlaşdırılmadığını vurğulayıb.
"Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və hazırda onların dünya bazarlarına çıxışının yeganə variantları Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycandan keçən bir marşrut aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcəklər, beləliklə Rusiya və Çindən daha az asılı olacaqlar", - deyə O'Brayen Senatın xarici əlaqələr komitəsində deyib.