"ABŞ və Azərbaycan bir çox sahələrdə tərəfdaşlıq qurub".
"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen jurnalistlərə açıqlamasında deyib.
"Bugünkü görüşləri keçirməkdən məmnun olduq. Bir çox sahələrdə güclü, səmərəli tərəfdaşlığımız var. Müzakirələrimizin əksəriyyəti regiondakı vəziyyətə həsr olunub. Biz Prezident İlham Əliyevlə bir neçə konkret məsələni, o cümlədən regiondakı vəziyyəti müzakirə etdik", - o bildirib.