"Daxil olan ilkin nəticələr bu gün ictimaiyyətə çatdırılacaq. Bütün müraciətlərə operativ şəkildə cavab verilir".
Oxu.Az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkisinin başlamasına dair mətbuat konfransında deyib.
MSK sədri seçiciləri fəal olmağa çağırıb.