"Qərb Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını saxlamağa, o cümlədən regionda sabitliyi pozmağa çalışır".
Oxu.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Buna nail olmaq üçün onlar hər şeyə, o cümlədən yeni müharibələrə başlamağa, köhnə münaqişələri aktivləşdirməyə hazırdırlar, mən hələ suveren dövlətlərin işlərinə müdaxilədən danışmıram, çünki onlar bunu mütəmadi olaraq edirlər", - Zaxarova bildirib.
XİN nümayəndəsi qeyd edib ki, ABŞ-nin Gürcüstanın Rusiyaya qarşı ikinci cəbhə açmasına yönəlmiş cəhdləri Qərblə oyun oynamağın təhlükəsini açıq şəkildə nümayiş etdirir.
"Bu cür davranış ABŞ və Aİ ilə oyun oynamağa çalışan hər kəsə dərs olmalıdır. Onların vədlərinin nə ilə nəticələnəcəyini anlamaq lazımdır. Onlar əvvəlcə qızıl dağlar vəd edəcəklər, lazım gələndə isə öz suverenlik və müstəqilliyindən əl çəkməyi tələb edəcəklər", - o əlavə edib.