"Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası yalnız Rusiyanın iştirakı ilə mümkündür".
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru-nun sualını cavablandırarkən brifinqdə bildirib.
Onun sözlərinə görə, baş nazir müavinləri səviyyəsində profil işçi komissiyasının əsas vəzifəsi həm Bakı, həm də İrəvanı qane edəcək həllər tapmaqdır.
"Komissiyanın əsas vəzifəsi həm Bakı, həm də İrəvanı qane edəcək qarşılıqlı məqbul nəticələr və həllər tapmaqdır. Biz bütün bu müddət ərzində bu istiqamətdə fəal işləmişik. Tərəfdaşlarımıza hərtərəfli dəstək verməyə hazırıq. Kommunikasiyaların bərpasından bütün region faydalanacaq. Eyni zamanda, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması yalnız Rusiyanın iştirakı ilə mümkündür. Bu istiqamətdə işləyirik", - deyə M.Zaxarova bildirib.
Rusiya XİN: "Əsas vəzifə həm Bakı, həm də İrəvanı qane edəcək həllər tapmaqdır"