Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev tutduğu vəzifədən azad edilib.
Bu barədə müvafiq sərəncamı Prezident Sadır Japarov imzalayıb.
O, 2021-ci ilin iyununda Azərbaycana səfir təyin olunub.
Prezidentin digər sərəncamı ilə Maksat Mamıtkanov Qırğızıstanın ölkəmizdəki səfiri təyin edilib.
Mənbə: Qırğızıstan KİV