Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda Almaniya Kansleri Olaf Şolts ilə görüşü başlayıb.
Oxu.Az bu barədə Türkiyə mediasına istinadən məlumat verir.
Almaniya hökumətinin nümayəndəsi Volfqanq Büxnerin sözlərinə görə, görüşdə Ukraynada münaqişə, Yaxın Şərqdəki vəziyyət və miqrasiya mövzusu müzakirə olunacaq.
Tərəflərin ikitərəfli və iqtisadi məsələlərə də toxunacağı gözlənilir.
Danışıqlardan sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.