"Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS ilə qarşılıqlı fəaliyyətinin intensivləşdirilməsini alqışlayır və dəstəkləyir".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Bakıda jurnalistlərə bildirib.
"Rusiya, əlbəttə ki, Azərbaycanın ŞƏT-də müşahidəçi statusu almasını və bu ölkə ilə BRİKS dövlətlər qrupu arasında daha sıx qarşılıqlı əlaqəni alqışlayır və dəstəkləyir. Azərbaycan bunu çox gözəl bilir", - Narışkin qeyd edib.