Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini davam etdirməyə hazırdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinə hazırlıq ərəfəsində yayılan məlumatlarda bildirilib.
Qeyd olunub ki, əsas vəzifələr Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesini təşviq edən sülh müqaviləsinin imzalanması, 2020-2022-ci illərdə ən yüksək səviyyədə tanınmış üçtərəfli sazişlər əsasında regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin blokunun açılması olaraq qalır.