"Gürcüstanda qeyri-konstitusion hökumət dəyişikliyi üçün aktiv hazırlıq gedir".
Oxu.Az-ın vestikavkaza.ru-ya istinadən verdiyi məlumata görə, parlament sədri Şalva Papuaşvili belə bir bəyanatla çıxış edib.
Onun sözlərinə görə, bir çox faktlar 2020-ci il ssenarisini təkrarlamağı planlaşdırdığını göstərir.
"Bir çox şey hökumətin qeyri-konstitusion dəyişdirilməsinə hazırlığın davam etdiyini göstərir. Siz bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci il cəhdinin təkrarıdır", - deyə Ş.Papuaşvili qeyd edib.
Hakim Gürcü Arzusu Partiyasının fikrincə, müxalifət seçkinin özünə deyil, ondan sonrakı günə hazırlaşır ki, bütün ölkədə iğtişaşlar törətsin.
Xatırladaq ki, Gürcüstanda parlament seçkisi oktyabrın 26-da keçiriləcək.