Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Oxu.Az xəbər verir ki, nümayəndə heyəti Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Şəhidlər xiyabanı ziyarət edilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər qoyulub, xatirələri ehtiramla anılıb. Həmçinin nümayəndə heyəti "Türk şəhidliyi" abidəsini ziyarət edib.