Sentyabrın 30-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, payız sessiyasının ilk iclasında Ali Məclisin payız sessiyası üçün qanunvericilik işləri planının təsdiq edilməsi, İntizam komissiyası və komitələrin tərkibinin formalaşdırılması nəzərdə tutulur.