"Azərbaycanın tibbi turizminin inkişafı ölkənin beynəlxalq aləmdə tanınmasını və rəqabət qabiliyyətini artırmağa əhəmiyyətli töhfə verəcək".
Oxu.Az xəbər verir ki, bunu Karlovı Varı şəhəri üzrə SPA və Balneologiya İnstitutunun direktoru Alina Hüseynli Şuşada keçirilən "Azərbaycan sağlamlıq turizmi: inkişaf imkanları" mövzusunda konfrans çərçivəsində keçirilən "Sağlamlıq turizmində qlobal və uğurlu təcrübələr: Azərbaycan üçün təkliflər" panel müzakirəsində deyib.
"Bu sahədə autentik, yəni həqiqi və etibarlı xidmətlərin göstərilməsi pasiyentlərin məmnuniyyətini və inamını artıracaq. Autentik xidmətlər yalnız tibbi prosedurların yüksək keyfiyyəti ilə deyil, həm də milli və mədəni dəyərlərlə zəngin müalicə metodlarının tətbiqi ilə fərqlənməlidir. Bundan əlavə, davamlı inkişafı təmin etmək üçün mütəmadi auditlərin aparılması vacibdir. Audit nəticələri tibbi turizm xidmətlərinin beynəlxalq standartlara uyğunluğunu yoxlamağa və xidmət keyfiyyətini daha da artırmağa imkan verəcək", - deyə direktor vurğulayıb.
Məhərrəm Əliyev