Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İnqilabi qərar: İndoneziyanın yeni paytaxtı Nusantarada benzinli avtomobillər qadağan ediləcək
İndoneziyanın yeni paytaxtı Nusantarada benzinlə işləyən avtomobillər olmayacaq.
Oxu.Az-ın "Detik" portalına istinadla məlumatına görə, bu barədə ölkənin Prezidenti Coko Vidodo məlumat verib.
O, Nusantara paytaxtında yaşıl iqtisadiyyatın inkişaf edəcəyini bildirib.
"Nəqliyyat vasitəsi kimi elektrik avtomobilləri istifadə olunacaq. Benzinlə işləyən daxili yanma mühərrikli avtomobillər həqiqətən də Nusantarada qadağan ediləcək, çünki konsepsiyası yaşıl şəhərdir", - deyə Coko Vidodo bildirib.
Qeyd edək ki, Vidodo paytaxtın Cakartadan köçürülməsi ideyasını 2019-cu ildə səsləndirib. İlkin olaraq meqapolisin 2024-cü ilə qədər Kalimantan adasında yaradılması planlaşdırılırdı. Bu məqsədlə təxminən 32 milyard dollar ayrılmışdı. Lakin pandemiya səbəbindən layihənin həyata keçirilməsi dayandırılır.
2022-ci ilin yanvar ayının ortalarında dövlət başçısı yeni paytaxt Nusantara (tərcümədə "arxipelaq" mənasını verir) adlanacağını elan etdi.
"İndoneziya" teqi üzrə xəbərlər
- İndoneziyada Dukono vulkanı püsküməyə başlayıb
- İndoneziya rəsmisi: "Azərbaycanlı həmkarlarımla ekoloji problemlərlə bağlı danışıqlar apara bilərik"
- İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artdı
- İndoneziyada seçkiyə müdaxilə edən fransızlar ölkədən deportasiya ediliblər
- İndoneziyalı kişi qumar oynamaq üçün körpə oğlunu 800 dollara satdı
Rəylər