Samux rayonunun Lək kəndinin sakinləri kəndarası yolların baxımsız olmasından şikayətlənirlər.
Onların sözlərinə görə, uzun müddətdir təmir edilməyən yollardan yayda toz-torpaq, qışda isə palçıq səbəbindən istifadə etmək günü-gündən müşkülə çevrilir.
Sakinlər deyirlər ki, kəndarası yolların baxımsız olması qəza riskini də artırır. Belə ki, sürücülərin maşınları yollardakı çalalara salmamaq üçün tez-tez hərəkət istiqamətini dəyişməsi bir-biriləri üçün təhlükə yaradır.
"Yolda maşın sürə bilmirik. Keçən gün az qala qarşıdan gələn avtomobillə toqquşmuşduq. Yolların hamısı oyuq-oyuqdur", - deyə kənd sakini söyləyib.
Məsələ ilə bağlı Lək bələdiyyəsinin sədri Cəsur Məmmədov açıqlama verib:
"Kəndimizdə əsas yol var, bu köhnə asfaltdır. Oraya mütəmadi olaraq çınqıl tökürük. Yaxın günlərdə yolu təmir etmək planımızdadır".
Daha ətraflı Baku TV-nin materialında:
Sakinləri təngə gətirən yol: "Maşın sürə bilmirik, gəlib üstümüzə çıxırlar"
Rəylər