Astarada yeniyetmə həmkəndlisinin avtomobilini qaçırıb.
Lent.az xəbər verir ki, hadisə Siyakü kəndinin ərazisində baş verib.
Kənd sakinlərindən birinə məxsus VAZ-2107 avtomobili qaçırılıb. Qaçırılan avtomobil kəndin ərazisində yolun kənarındakı su arxına düşmüş vəziyyətdə tapılıb.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobili qaçıran şəxsin kənd sakini 15 yaşlı yeniyetmə olduğu müəyyən edilib və o saxlanılıb. Məlum olub ki, yeniyetmə həmkəndlisinə məxsus avtomobili qaçırdıqdan sonra idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı su arxına düşüb.
Faktla bağlı araşdırma aparılır.