Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Biləsuvarda ölən körpənin babası: "Uşaq çarmıxa çəkilib"
Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin babası baş verən hadisədən danışıb.
Bizim.media-ya açıqlama verən Mirkərim Qubadov bildirib ki, uşaq çarmıxa çəkilib:
"Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıbmış. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına"
Məsələ ilə bağlı Tibbi ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, uşaqla bağlı Biləsuvar Mərkəzi Xəstəxanasına hər hansı müraciət daxil olmayıb.
Baş Prokurorluqdan isə hadisə ilə bağlı araşdırma aparıldığı qeyd olunub.
Bu gün Biləsuvar rayonunda masaj edilərkən ölən iki yaşlı Nəzrinin atası danışıb.
Shownews.az-ın xəbərinə görə, uşağın atası Emin Qubadlı bildirib ki, uşaq axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar.
"Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradıb. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü".
İki yaşlı uşaq masaj edilərkən ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 7-də Biləsuvar rayonunda baş verib.
Masajçı (sınıqçı) N.İmanova 2022-ci il təvəllüdlü körpənin sümüklərini masaj edərkən azyaşlı ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aytac Qasımova
"Uşaq ölümü" teqi üzrə xəbərlər
- Şirvanda azyaşlının ölümü barədə TƏBİB-dən AÇIQLAMA
- Ana ölümlərində bloqerlərin "əməyi": "Qadın doğuşa yaxın ginekoloq axtarır"
- Türkiyədə təcavüz edilərək həyatını itirən körpənin ailəsində növbəti şübhəli ölüm
- Xəstəxanaya aparılan səkkiz yaşlı qız yolda öldü
- Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət
Rəylər