Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub
Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi ilə üç rayonun Təhsil Şöbəsinə yeni şöbə və sektor müdirləri təyin edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan MR Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyi və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.
Məlumata görə, Elşən Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri, Gültəkin Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əlizadə Babək, Murad Hümbətov Culfa, Ayaz Əliyev isə Kəngərli Rayon Təhsil Şöbəsinə müdir təyin ediliblər.
"Naxçıvan Muxtar Respublikası" teqi üzrə xəbərlər
- Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir
- Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı
- Etik davranış qaydalarını pozduğu üçün vəzifəsindən azad edilən müəllim işə qayıtmaq istəyir
- Naxçıvanda daha dörd idman federasiyası LƏĞV EDİLDİ
- Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?
Rəylər