Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycanda mülki silahın əldə edilməsi ilə bağlı YENİLİK OLACAQ
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə edilən "Xidməti və mülki silah haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, qanunun doqquzuncu maddəsinə xüsusi hissə əlavə olunur.
Həmin hissədə qeyd edilib ki, mülki silahı əldə etmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, onlar vətəndaşdan tələb olunmur.
Qeyd edək ki, mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin plenar iclası ləğv olunub
- Sabiq xanım deputata vəzifə verildi
- Aqil Abbas: "Bir müddət susuz, yolsuz, qazsız qala bilərik"
- Azər Əmiraslanov: "Büdcə zərfi dövlət müstəqilliyini qoruyan maliyyə sənədidir"
- Deputat: "Son 200 ildə ilk dəfə qərbi azərbaycanlıların öz yurduna qayıdışı üçün zəmin yaranıb"
Rəylər