Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, onun yerinə müavini Azər Məmmədov təyin edilib.
“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumatı saytımıza təsdiq edib.
Qeyd edək ki, Azər Məmmədov daha əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi olan “SOCAR Georgia”nın törəmə şirkəti “SOCAR Georgia Gas”ın baş direktoru vəzifəsini icra edib.
Ötən ildən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədr müavini vəzifəsini icra edirdi.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.Oxu.Az xəbər verir ki, onun yerinə...
Fotoda Azər Məmmədovdur
Könül Cəfərli
Rəylər