"Birbank" mobil tətbiqində QR ödənişlərdə yaranan problem aradan qaldırılıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Kapital Bank"dan məlumat verilib.
"Texniki problemlə əlaqədar olaraq "Birbank" mobil tətbiqində QR ödənişlərdə müvəqqəti narahatlıq yaranıb.
Bəzi müştərilərin hesabından vəsait silinsə də biletdən istifadə etmək mümkün olmayıb. Texniki problem səhər saatlarında dərhal aradan qaldırılıb. Hazırda "Birbank" mobil tətbiqində QR ödənişlər uğurla həyata keçirilir.
Qeyd edək ki, müştərilərin hesablarından silinən məbləğ 3-30 gün ərzində balansa geri qaytarılacaq", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Bakı Metropolitenində "Birbank" tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb.
Məsələ ilə bağlı Modern.az-a sərnişinlər məlumat veriblər.
Belə ki, "BakıKart"ın metro ödənişləri üçün nəzərdə tutulan "Birbank" mobil tətbiqindəki bölməsi işləməyib.
Kartlardan ödənişlər çıxılsa da, QR-kod oxudulması prosesi baş tutmayıb.
Sözügedən problem metroda sıxlığa səbəb olub.
Rəylər