Səbail rayonu Badamdar qəsəbəsi ərazisində baş verən qəzada heç kim xəsarət almayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis baş leytenantı Rüstəm Əhmədli məlumat verib.
Onun sözlərinə görə hadisə bazar günü saat 16:50-də baş verib:
"Qəza nəticəsində heç kim xəsarət almayıb. Müvafiq ekspertizalar təyin edilib, faktla bağlı araşdırma aparılır".
Bakıda daha bir marşrut avtobusu ağır qəzaya düşüb.
"Qafqazinfo" xəbər verir ki, hadisə Səbail rayonu Badamdar qəsəbəsi ərazisində baş verib.
"KamAZ" markalı yük maşını ilə 31 saylı marşrut xətti üzrə hərəkət edən avtobus toqquşub. Bu zaman yük maşını "Hyundai" markalı minik avtomobilini də vuraraq yararsız hala salıb.
Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Qeyd edək ki, son günlər Bakıda və ətraf ərazilərdə marşrut avtobuslarının iştirakı ilə baş verən qəzaların sayı kəskin artıb.
Rəylər