Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhərsalma monitorinqi çərçivəsində Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən qeyri-yaşayış obyektinin ərazisində növbəti dəfə razılaşdırılmamış artırma işlərinin aparılması faktını aşkarlayıb.
Bu barədə Oxu.Az-a komitədən bildirilib.
Vurğulanıb ki, aparılan operativ tədbirlər nəticəsində metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında aparılan tikinti işləri dayandırılıb, qanun pozuntusu barədə aidiyyəti qurumlara məlumat verilib.
Rəylər