Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Raman Qadağa oğlu Hidayətova məxsus "London Pub" ictimai iaşə obyektində AQTA əməkdaşlarının keçirdiyi plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
Orada aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan iki ədəd 0.7 litrlik "Arxangelskaya" əmtəə nişanlı, bir ədəd birlitrlik "Finlandia" əmtəə nişanlı, bir ədəd 0.7 litrlik "Organic Line" əmtəə nişanlı, bir ədəd 0.5 litrlik və bir ədəd 0.7 litrlik "Nemiroff" əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.
Rəylər