Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda kran obyektin üzərinə aşdı: Zərərçəkənlərə dəyən ziyanı kim ödəyəcək?
"Yasamal rayonu Hüseyn Cavid küçəsi, 49K ünvanında kranın obyektin üzərinə aşması nəticəsində dükana, iki maşına və həyətin içindəki mənzilə dəymiş ziyan podratçı şirkət tərəfindən qarşılanacaq".
Bu məlumat Oxu.Az-a Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilib.
"Qeyd edilən ünvanın fasadında rəngləmə işləri aparılan zaman podratçı şirkətə aid kranın sistemində baş vermiş xəta üzündən kran yaxınlıqdakı dükanın üzərinə aşıb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Dükana, iki maşına və həyətin içindəki fərdi yaşayış evinin fasadına dəymiş ziyan podratçı şirkət tərəfindən qarşılanacaq.
Ərazidə iş aparan podratçı şirkətin adı "BİN Group"dur. Eyvanlarda bərpa işlərinin aparılması əvvəldən də nəzərdə tutulmuşdu. Qəza səbəbindən fasadda yaranan problemlər də tez bir zamanda aradan qaldırılacaq", - deyə məlumatda bildirilib.
"Bu gün paytaxtın Yasamal rayonunda kranın obyektin üzərinə aşması nəticəsində xəsarət alan olmayıb".
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Yasamal Rayon İcra Hakimiyyətindən verilib.
"Hadisə Hüseyn Cavid prospektində "Space" televiziyası ilə üzbəüz ərazidə Bakı Abadlıq Xidmətinin binalarda gördüyü abadlıq işləri zamanı baş verib. İş prosesində kran hansısa nasazlıq səbəbindən aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bir minik avtomobilinə, üstünə boya tökülməklə, ziyan dəyib və kranın dəydiyi binanın yan hissəsi sürtünmədən zədələnib və ora da boya tökülüb. Başqa ciddi bir hal baş verməyib. Dəymiş ziyan işi görən qurum tərəfindən ödəniləcək", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bu gün paytaxtın Yasamal rayonunda kran obyektin üzərinə aşıb.
Bu barədə görüntülər Baku TV-nin "Telegram" kanalında paylaşılıb.
Hadisə nəticəsində evlərə, mağazalara və avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Daha çox foto burada: PhotoStock.Az
Rəylər