"Bakıda "28 May" metro stansiyasının qarşısındakı yeraltı keçiddə yaşayan kimsəsiz qadın sığınacağa getməkdən imtina edib".
Bu açıqlamanı Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov verib.
O qeyd edib ki, sözügedən əraziyə qurumun əməkdaşları tərəfindən baxış keçirilib.
"Həmin şəxs deyilən ərazidə olmayıb. Yaxınlıqda olan vətəndaşların verdiyi məlumat əsasında onunla əlaqə saxlanılıb. Vətəndaş bildirib ki, hansısa müəssisəyə aparılmasına qəti etiraz edir.
Razılığı olarsa, sosial qiymətləndirilmə aparılaraq, müvafiq müəssisəyə qəbulu məsələsinə baxılacaq", - deyə M.Həşimov vurğulayıb.
Xatırladaq ki, Bakıda kimsəsiz qadının "28 May" metro stansiyasının qarşısında yerləşən yeraltı keçiddə yaşaması ilə bağlı ötən gün məlumat vermişdik.
Əzizə İsmayılova
Rəylər