Bakının Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2011-ci il təvəllüdlü Ülkər Rüfət qızı Əlizadə, 2013-cü il təvəllüdlü Bəxtiyar Abutalıb oğlu Hüseynov və 2011-ci il təvəllüdlü Fatimə Elxan qızı Quliyeva xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Rəylər