Xəzər rayonunun bir hissəsində işıq olmayacaq.
Bu barədə Oxu.Az-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Binə qəsəbəsinin bir sıra hissəsində hava veriliş xətlərində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar avqustun 23 və 26-da elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq, saat 10:00-dan saat 15:00-dək Binə Atçılıq ərazisi 2-ci yeni sahədə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə tam təmin olunacaq.
Rəylər