Bakının Zərifə Əliyeva küçəsində yeni avtobus zolağı çəkiləcək.
Bizim.media xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
"Bununla bağlı layihə artıq hazırdır", - deyə o əlavə edib.
Qeyd edək ki, indiyədək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının 29 küçə və prospektində uzunluğu 85 km-dən çox olan xüsusi hərəkət zolağı təşkil edib.