Sabah Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Bildirilib ki, "Böyükşor-Pirşağı" avtomobil yolunun inşası layihəsi çərçivəsində layihələndirilən avtomobil yolunun "Qaz İxrac" İdarəsinə məxsus "Hövsan-Digah" yüksək təzyiqli magistral qaz kəməri ilə kəsişməsində aparılacaq rekonstruksiya işləri səbəbindən qazın nəqlinin dayandırılması zəruriyyəti ilə əlaqədar iyunun 5-i saat 09:00-dan işlər başa çatanadək "I Zabrat" QPS-dən qidalanan "Zabrat 1" və "SOCAR PETROLEUM" QSC-yə məxsus YDM ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
Məlumata görə, həmçinin Suraxanı rayonu, "Qaraçuxur" QPS-də 2 ədəd siyirtmənin və 1 (bir) ədəd RDO tipli tənzimləyicinin quraşdırılması və Sabunçu rayonunun Ramana kəndini təbii qazla təmin edən qaz kəmərinin hava kompressor vasitəsi ilə kipliyə sınaq olunması məqsədilə iyunun 5-i saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Balaxanı, Zabrat, Bakıxanov qəsəbələrinin bir hissəsinin, Ramana kəndinin, Suraxanı rayonu üzrə isə Qaraçuxur qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu gün Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonunun Nardaran qəsəbəsində və Xəzər rayonunun Binə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə iyunun 4-də saat 10:00-dən etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə "Sea Breeze" istirahət mərkəzinin, Nardaran bağlar massivinin, Maştağa Yeni Sahə adlanan ərazinin və Abşeron küçəsinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.