Bakının Nizami rayonunda "Vosmoy" bazarı kimi tanınan "8-ci km Ticarət Mərkəzi"nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.
Obyekt sahibləri Baku TV-yə açıqlamalarında söküntü işləri ilə bağlı onlara əvvəlcədən xəbərdarlıq edilmədiyini deyiblər.
"10 gün əvvəl xəbərdarlıq edilməli idi ki, mal gətirməyək. Ötən gün satmaq üçün 4 min manatlıq mal gətirmişəm. İndi sata bilmirəm", - deyə sahibkar etirazını bildirib.
Bakının məşhur bazarının ətrafındakı piştaxtalar SÖKÜLÜR
Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafındakı küçə ticarətinin yığışdırılmasına başlanılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.
Fakt Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Oxu.Az-a təsdiqlənib.
Qeyd olunub ki, bazarın yaxın ətrafındakı mövcud küçə ticarətinin yığışdırılmasına ötən gündən start verilib.
"Ərazidə səliqə-sahmanın bərpa olunması üçün həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova