"Azərbaycanda mövcud hotel sayı turist qarşılamaq üçün tam yetərli deyil".
Bunu "Qaynarinfo"ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Ekspert bildirib ki, hazırda bölgələrdə hotellərin qiymətlərinin həddindən artıq yüksək olması mövsümlə əlaqəlidir:
"Xüsusən rayonlarda hotellərin sayı daha azdır. Yay aylarında da axın çox olur deyə müraciətlərin sayı artır. Tələb artdığından sahibkarlar qiymət artımına gedirlər".
Ramil Osmanlı bu halın müvəqqəti xarakter daşıdığını vurğulayıb:
"Qısamüddətli bir dövrü əhatə edir. Təqribən sentyabr ayının ikinci ongünlüyündən sonra qiymətlər azalmağa doğru gedəcək".
Qeyd edək ki, avqust ayının ilk günlərində isti hava şəraiti ilə əlaqədar bölgələrdə yerləşən istirahət mərkəzlərində qiymətlər kəskin artıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, bəzi hotellərdə qiymətlər iki nəfər üçün 455 manatdan başlayır. Bütün şəraiti olan villalarda isə qiymətlər 2 120 manata qədər qalxıb.
Rəylər