Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda havada müşahidə olunan tozun miqdarı artıb və hazırda normadan 4-4,5 dəfə yüksəkdir.
OxuAz xəbər verir ki, il ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarmadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan bu toz kütlələri cənub və şərq istiqamətli hava axınları vasitəsilə ölkəmizə keçir və əsasən Bakı şəhərində, Abşeron yarımadasında toz- dumanının yaranmasına səbəb olur. Son illər iqlim dəyişmələrinin təsiri nəticəsində bu prosesin daha tez-tez təkrarlanması müşahidə edilir.
Qeyd edək ki, ölkə ərazisində sabah səhər saatlarından başlayaraq cənub-şərq istiqamətli küləklərin şimal-qərb istiqamətli küləklərlə əvəz olunması proqnozlaşdırılır ki, bu səbəbdən gün ərzində havada tozun miqdarının tədricən azalacağı gözlənilir.
PhotoStock.Az Bakını cənginə alan toz dumanı ilə bağlı fotoreportaj hazırlayıb.
Daha çox foto burada: PhotoStock.Az
Rəylər