2022-ci ildən bəri Yer kürəsində yaşayan ən yaşlı insan Maria Branyas Morera 117 yaşında vəfat edib.
Bu barədə onun ailəsi "X" sosial şəbəkəsində məlumat verib.
"Maria Branyas bizi tərk etdi. O, istədiyi kimi öldü: yuxuda, ağrısız", - deyə paylaşımda bildirilib.
Uzunömürlünün yaşı ABŞ Gerontoloji Araşdırma Qrupu və "LongeviQuest" təşkilatı tərəfindən təsdiqlənmişdi.
Maria Branyas Morera 19 avqust 2022-ci ildə polşalı Tekla Yuneviçin ölümündən sonra planetin ən yaşlı insanı hesab olunmuşdu.
Rəylər