Bakıda avtomobil yollarında piyada zolaqlarının əksəriyyəti, demək olar ki, görünməz haldadır və ya tamamilə silinib.
Sözügedən problemlə bağlı araşdırma aparan Baku TV-nin əməkdaşları Xətai rayonunda Süleyman Vəzirov, Yasamal rayonunda Əliyar Əliyev küçələrində olublar.
Sakinlər sürücülərin piyada zolaqlarını görmədikləri üçün qəzaların sayının artmasının qaçılmaz olduğunu deyiblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi və rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır.
Bəs asfalt örtüyündəki bu piyada zolaqları hansı parametrlərə uyğun yenilənməlidir?
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov açıqlamasında qeyd edib ki, ən azı bir ildən sonra həmin xətlər yenidən boyanmalıdır.
Ekspert vurğulayıb ki, yollara çəkilən boyalarda işıqqaytarıcı xüsusiyyətə, eyni zamanda uzunmüddətli keyfiyyətə malik qatqılardan istifadə edilməlidir.
Daha ətraflı videomaterialda:
Görünməz piyada zolaqlarının yaratdığı təhlükə
Rəylər