Göyçay Peşə Liseyinin həyətindən ərəb əlifbası ilə yazılan kağız parçalarında cadu aşkarlanıb.
Faktı təhsil ocağının işçiləri də təsdiqləyiblər.
Belə ki, məsələ ilə bağlı Həmkarlar İttifaqının iclası keçirilib, hesabata 66 nəfər qol çəkərək nazirliyə göndərilib.
Liseyin İstehsalat təlim ustası Qeys Əhmədovun sözlərinə görə, müəllimlərdən şübhələnirlər.
O bildirib ki, təhsil ocağına daxil olarkən hər kəsi yuxu basır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, hadisə ilə bağlı liseyin rəhbər şəxsləri ilə görüş keçiriblər. Lisey rəhbərliyinin və dəvət edilmiş aidiyyəti şəxslərin açıqlamaları dinlənilib, məsələnin təfərrüatı barədə izahatlar alınıb.
Ətraflı "İTV Xəbər"in süjetində:
Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: "Liseyə daxil olarkən hər kəsi yuxu basır"