"Xankəndi şəhərini görmək mənim ən böyük arzum idi və nəhayət ki, gerçəkləşib".
"Report" xəbər verir ki, bunu gürcüstanlı səyyah Leyla Əliyeva deyib.
O, əvvəllər Şuşa şəhərində olduğunu və çoxsaylı müsbət emosiyalar yaşadığını bildirib:
"Şuşada olarkən uzaqdan Xankəndini də gördüm. Deyə bilərəm ki, şəhər çox dəyişib. Bərpa işlərinin necə fəal şəkildə aparıldığını, həyatın Qarabağa qayıtdığını görmək sevindiricidir".
Turist gələcəkdə ailəsi ilə birgə Qarabağa məmnuniyyətlə gələcəyini vurğulayıb.
O əlavə edib ki, övladları Qarabağa səfər etməyi səbirsizliklə gözləyirlər.
Rəylər