Bakı şəhəri və Abşeron yarımadasının atmosfer havasında sinoptik şəraitlə əlaqədar gecə saatlarından başlayaraq toz müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Oxu.Az-a bildirib.
Vurğulanıb ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1.2-1.4 dəfə artıqdır.
Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.
Rəylər